“Sevilya”nın futbolçusu Argentina klubunda
21.08.2024 - 11:53
La Liqa təmsilçiləriindən “Sevilya”nın yarımmüdafiəçisi Markos Akunya Argentina təmsilçisi “River Pleyt”ə keçib.
Apasport.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər müqavilə imzalanıb.
32 yaşlı futbolçu 2020-ci ildən İspaniya klubunun formasını geyinir.
O, “Sevilya”nın heyətində meydana çıxdığı 112 matçda 6 qol vurub.
0
0