Solerə Fransadan təklif
30.08.2022 - 15:20
Solerə Fransadan təklif

PSJ “Valensiya”nın yarımmüdafiəçisi Karlos Solerlə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Paris klubu 25 yaşlı futbolçunu ayın sonuna qədər heyətinə qatmaq niyyətindədir.

“Napoli”dən Fabian Ruizin transferinə yaxın olan Fransa çempionu eyni zamanda Solerlə də orta sahəni gücləndirməyi planlaşdırır. PSJ bu keçid müqabilində 17 milyon avro təklif edəcək.

Qeyd edək ki, Karlos Solerin “Valensiya” ilə müqaviləsi mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0