Sorlot İspaniyda qaldı
26.07.2023 - 00:14
Sorlot İspaniyda qaldı

“Vilyarreal” Norveç yığmasının hücumçusunu transfer edib.

Apasport.az saytı xəbər verir ki, söhbət Aleksandr Sorlotdan gedir.

27 yaşlı forvard “Leyptsiq”dən transfer olunub. Bu keçid üçün “Vilyarreal” qarşı tərəfə 10 milyon avro ödəyib. Norveçli forvard 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sorlot son mövsümü icarə əsasında “Real Sosyedad”da keçirib. O, La Liqanın 34 matçında 12 qol vurub.  
 

writer photo
Əlirza Əlirzalı
0