Sou “Sevilya”da
05.08.2023 - 16:51
Sou “Sevilya”da

Cibril Sou karyerasını İspaniyada davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, Frankfurt “Ayntraxt”ının 26 yaşlı yarımmüdafiəçisi yeni mövsümə “Sevilya”da başlayacaq. 

İsveçrə millisinin də şərəfini qoruyan futbolçu ilə tibbi müayinədən keçdikdən sonra 5 illik müqavilə imzalanacaq. O, Şimali Amerika turu zamanı komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, karyerası ərzində 320 matçda iştirak edən Sou 22 qol və 33 məhsuldar ötürməyə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0