İtaliya milli komandasının baş məşqçisi Lusiano Spalettinin yaxın günlərdə komandadan gedəcəyi gözlənilir.
Apasport.az “La Gazetta della Sport”a istinadən xəbər verir ki, Avro-2024 ilə erkən vidalaşan apenninlilər artıq baş məşqçi postu üçün yeni namizədlər axtarışına çıxıb.
Xəbərə görə, “Yuvenrtus”un sabiq baş məşqçisi Massimilyano Alleqri bu post üçün ən ideal variant hesab olunur.
2021-ci ildən ötən mövsümün sonuna kimi “Yuventus”u çalışdıran təcrübəli mütəxəssisin yaxın gələcəkdə komandanı Spalettidən təhvil alacağı gözlənilir.
Xatırladaq ki, Spaletti “Napoli” ilə ölkə çempionu olduqdan sonra İtaliya millisinə dəvət almışdı. Onun əvəzlədiyi Roberto Mançini isə son Avropa Çempionatında “mavi eskadra”nı çempion etməyi bacarmışdı.