Ule Qunnar Sulşer məşqçiliyə qayıtmaq istəyir.
Apasport.az saytı xəbər verir ki, 50 yaşlı norveçli mütəxəssis təklifləri dəyərləndirəcəyini açıqlayıb.
Xüsusilə Səudiyyə Ərəbistanı çempionatından gələn təklifləri dəyərləndirmək istəyən ötənlərin məşhur futbolçusu məşqçilik üçün darıxıb: “Bəli, yenidən məşqçilik etmək istəyirəm və xüsusilə ərəblərdən təkliflər var, agentim onları araşdırır. Ən çox darıxdığım şey hər gün gördüyünüz yaxşı insanlarla işləmək, onlarla futbolu müzakirə etmək və növbəti oyun üçün plan qurmaqdır”.
Qeyd edək ki, Sulşer 2019-2021-ci illərdə "Mançester Yunayted"i çalışdırıb. Onun rəhbərliyi altında ümumilikdə 168 oyun keçirən klub, bunlardan 92-də qalib gəlib, 35 matçda sülhə razılaşıb, 41-də isə məğlub olub.