Superkubokun təqvimi müəyyənləşdi
05.11.2022 - 15:13
Superkubokun təqvimi müəyyənləşdi

İspaniya Superkubokunun təqvimi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnir 2023-cü ilin yanvarında Ər-Riyadda təşkil olunacaq.

Səudiyyə Ərəbistanındakı yarışda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaq. Yanvarın 11-də baş tutacaq ilk yarımfinalda “Real”la “Valensiya” görüşəcək.

Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq. Final ayın 15-də baş tutacaq.

Qeyd edək ki, Superkubokun son qalibi “Real” olub.
 

writer photo
Əlirza Əlirzalı
0