Tacikistan millisində yeni baş məşqçi
21.02.2024 - 23:24
Tacikistan millisində yeni baş məşqçi

Son Asiya Kubokunun sürpriz komandalarından olan Tacikistan yığmasına yeni baş məşqçi təyin olunub.

Apasport.az xəbər verir ki, bu posta Gela Şekiladze keçib.

Daha əvvəl Tacikistan yığmasının məşqçilər korpusunda çalışmış 53 yaşlı gürcü mütəxəssis taciklərin yeni baş məşqçisi olub. 

Xatırladaq ki, Petr Seqrt bir neçə gün əvvəl komandanın çalışdırıcısı postunu tərk etmişdi. Onun rəhbərliyi altında Tacikistan 2024-cü il Asiya Kubokunda 1/4 finala yüksəlmişdi. 

writer photo
Əlirza Əlirzalı
0