Ten Haq qərarı
03.11.2023 - 12:26
“Mançester Yunayted” rəhbərliyi Erik Ten Haqla bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yoluna niderlandlı mütəxəssislə davam edəcəyini açıqlayıb.
“Qırmızı şeytanlar”ın rəhbərliyi Erik Ten Haqla yollarını ayıracağı xəbərlərini təkzib edib. Mançesterlilər yeni çalışdırıcı gətirməsi xəbərlərini əsassız adlandırıb: “Bu xəbərlər əsassızdır. Bu mərhələdə davam edən heç nə yoxdur”.
Qeyd edək ki, 53 yaşlı çalışdırıcı 2022-ci ildən kluba rəhbərlik edir.
0
0