Matalı “Vissel Kobe” ölkə çempionu oldu
25.11.2023 - 21:12
Matalı “Vissel Kobe” ölkə çempionu oldu

Yaponiya çempionatının qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, “Vissel Kobe” tarixində ilk dəfə çempionluq sevinci yaşayıb.

Koamanda sona bir tur qalmış evdə “Naqoya”ya 2:1 hesabı ilə qalib gələrək çempion titulunu ələ keçirib.
Bununla da bu ilin sentyabr ayından “Vissel Kobe”nin şərəfini qoruyan ispan yarımmüdafiəçi Xuan Manuel Mata futbolçu kolleksiyasına daha bir kubok əlavə etmiş olub.

Qeyd edək ki, sözügedən kollektiv 2019-cu ildə də ölkə kubokunu başı üzərinə qaldıra bilib.

writer photo
Əlirza Əlirzalı
0