“Mançester Yunayted” Liqa kubokunda “Çarlton”a 3:0 hesabı ilə qalib gəlib.
Apasport.az saytının məlumatına görə, bu, Erik Ten Haqın “qırmızı şeytanlar”ın baş məşqçisi postunda 20-ci qələbəsi olub.
Niderlandlı mütəxəssis bu rəqəmə 27-ci matçında çatıb. Ten Haq bununla da klub tarixində yeni rekorda imza atıb.
İndiyədək “Mançester Yunayted”in heç bir çalışdırıcısı 20 qələbəni belə tez qazanmayıb. Joze Mourinyo 31-ci, Lui van Qal 36-cı, Mett Basbi 40-ci, Ole-Qunnar Sulşer 42-ci, Aleks Ferqyuson 45-ci, Tomas Doherti 68-ci görüşdə buna nail olub.
Qeyd edək ki, mançesterlilər bu qələbə ilə yarımfinala yüksəlib.