Toni Kroos öz rekordunu yenilədi
28.06.2024 - 17:00
Almaniya millisinin üzvü Toni Kroos qitə çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.
Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.
Bununla da almaniyalı futbolçu Fransada keçirilən AVRO-2016-dakı rekordunu (323) yeniləyib.
Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə italiyalı Nikola Barella yer alıb.
İlk "üçlüy"ü isə 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo tamamlayır.
0
0