“Tottenhem” Almaniyadan onu gətirir
03.08.2023 - 13:25
“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirəcək.
Apasport.az saytı xəbər verir ki, London klubu
"Volfsburq"un müdafiəçisi Mikki van de Veni heyətə cəlb ediləcək.
22 yaşlı hollandiyalı ilə şəxsi müqavilənin detallarını razılaşdıran Premyer Liqa klubu almanlarla danışıqları yekunlaşmaq üzrədir. Keçidin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.
Qeyd edək ki, Van de Ven 2021-ci ilin avqustundan "Volfsburq"da oynayır. Futbolçu 2022/23 mövsümündə iştirak etdiyi 36 matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0