"Tottenhem" İngiltərə Kuboku ilə vidalaşdı
02.03.2023 - 01:59
"Tottenhem" İngiltərə Kuboku ilə vidalaşdı

İngiltərə Kubokunda bütün 1/4 finalçılar bilindi.

Apasport.az xəbər verir ki, 1/8 finalın son 4 qarşılaşması içərisində sensasion nəticə Premyer Liqada ilk 4-lükdə olan "Tottenhem"in Çempionşip təmsilçisinə uduzaraq kənarda qalması olub. Həmçinin Premyer Liqanın autsayderi "Sauthempton" da Liqa 2 (III divizion) komandasına öz meydanında uduzaraq turnirlə vidalaşıb.

İngiltərə Kuboku
1/8 final

"Sauthempton" – "Qrimsbi" 1:2
"Bernli" – "Flitvud" 1:0
"Mançester Yunayted" – "Vest Hem" 3:1
"Şefild Yunayted" – "Tottenhem" 1:0

writer photo
Əlirza Əlirzalı
0