"Tottenhem" Yulian Naqelsmannı baş məşqçi təyin etmək istəsə də, maneələrlə üzləşib.
Apasport.az xəbər verir ki, “Bavariya” və “Laypsiq”in keçmiş baş məşqçisi “Tottenhem”in 4 namizədi sırasında ilk yerdədir.
35 yaşlı çalışdırıcının dəvət olunmasına ciddi maneə maliyyə faktorudur. “Tottenhem” çalışdırıcının hələ də müqaviləsi olduğu “Bavariya”ya ciddi təzminat ödəməli, həmçinin almaniyalının maliyyə ehtiyaclarını ödəməlidir.
Naqelsmannın "Bavariya" ilə müqaviləsində sərbəst qalma maddəsi yoxdur. Ona görə də "Tottenhem" ona ilinə 12 milyon avro ödəməyə davam edən Münxen klubu ilə danışıqlar aparmalı olacaq. Yulianın "Bavariya" ilə müqavilə müddəti daha 3 ildir.
Naqelsmann özü də "Tottenhem"lə çalışmaqda maraqlıdır.