“Tottenhem” “qiymət öldürür”
12.06.2023 - 11:00
“Tottenhem” “qiymət öldürür”

“Tottenhem” yeni qapıçı ilə güclənir.

Apasport.az saytı xəbər verir ki, London təmsilçisi "Brentford"un qapıçısı David Rayanı transfer etməyə yaxındır.

İngilislər 27 yaşlı ispaniyalının özü ilə müqavilənin şərtlərini razılaşdırsalar da, “Brentford”la danışıqlarda hələlik irəliləyiş yoxdur. 40 milyon avroluq tələbin yüksək olduğunu düşünən komanda rəhbərliyi hazırda qiymətin endirilməsinə çalışır.

Qeyd edək ki, Raya ötən mövsüm komandanın heyətində 39 oyun keçirib, 47 qol buraxıb və 12 matçda dəfə qapısını toxunulmaz saxlayıb.

writer photo
Əlirza Əlirzalı
0