Futbolçu transferlərinə ən çox pul xərclədən mütəxəssislərin siyahısı bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bu ada “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
Karyerası ərzində 5 kluba rəhbərlik edən 52 yaşlı ispaniyalı 36 kubok qazanıb. Onun istəyi ilə 78 futbolçuya 2 milyard 40 milyon avro xərclənib.
Onu Joze Mourinyo izləyir. Portuqaliyalı çalışdırıcı rəhbərlik etdiyi 10 klubda 27 kubok qazanıb və 118 futbolçu alıb. Klub rəhbərləri buna görə 1 milyard 860 milyon avro ödəyib. “Üçlüy”ü Karlo Ançelotti qapayır. 11 klubun “sükanı arxasında” olan italiyalı komandalarına 25 kubok qazandırıb. O, 95 futbolçuya 1 milyard 620 milyon avro xərclədib.
Növbəti pillələrdə Massimiliano Alleqri (9 klub, 14 kubok, 113 futbolçu alıb, 1 milyard 400 milyon avro) və Dieqo Simeone (7 klub, 9 kubok, 82 futbolçu, 1 milyard 210 milyon avro) qərarlaşıb.