İmmobile transferi təsdiqləndi
11.07.2024 - 14:55
İmmobile transferi təsdiqləndi

“Beşiktaş” Çiro İmmobile ilə tam razılıq əldə edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Di Marzio paylaşıb.

“Ağ-qaralar” 34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayacaq. Futbolçuya illik 3 milyon avro maaş veriləcək. “Latsio”nun transferdən qazanacağı məbləğ də 3 milyon avrodur.

Məlumata görə, İmmobile “Beşiktaş”a gələ bilmək üçün İtaliya klubundan iyun ayında alacağı məbləğdən imtina edib. 

Qeyd edək ki, Çiro ötən sezon “Latsio” forması ilə 43 oyuna çıxıb, 11 qol vurub, 1 qol ötürməsi edib. Onun hazırki bazar dəyəri 4 milyon avrodur.   
 

writer photo
Əlirza Əlirzalı
0