Millimiz 1/4 finala yüksəldi
05.06.2024 - 20:37
Millimiz 1/4 finala yüksəldi

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün 1/8 final oyunları keçirilib.

Azərbaycan millisi Bolqarıstanla üz-üzə gəlib. Qrupda üç qələbə qazanan Elşad Quliyevin yetirmələri seriyanı davam etdiriblər. Komandamız 3:1 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib. Millimiz sabah Qazaxıstanla qarşılaşacaq.

Avropa çempionatı
1/8 final
5 iyun
19:30. Azərbaycan – Bolqarıstan - 3:1
Qollar: 
Ramiz Çovdarov, 7. Təmkin Xəlilzadə, 31. Rəvan Kərimov, 45 - Yavor Gençev, 21

Qeyd edək ki, yığmamız bunadək Belçikaya 3:0, İtaliyaya 2:1, Fransaya 3:1 hesabı ilə qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0