Neymar imicini dəyişdi
13.11.2023 - 13:48
Neymar imicini dəyişdi

Braziliya millisinin futbolçusu Neymar imicini dəyişib.

Apasport.az xəbər verir ki, yığmanın kapitanı yeni saç üslubu ilə diqqət mərkəzinə düşüb.

31 yaşlı hücumçu özünü keçəl etdirib. Onun bu imici pərəstişkarlarının xoşuna gəlməyib. Neymar azarkeşlər tərəfindən sərt tənqid atəşinə tutulub.

Qeyd edək ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirən Neymar zədə səbəbindən komandasına kömək edə bilmir. Futbolçunun ən az 10 ay meydanlardan kənar qalacağı gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0