Türkiyə millisinin UEFA Millətlər Liqası çərçivəsində Uels və Monteneqro ilə keçirəcəyi oyunları üçün namizəd heyəti bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
“Porto”da çıxış edən Dəniz Gül İsveç və Türkiyə arasında Türkiyə millisini seçib. 20 yaşlı mərkəz hücumçusu ilk dəfə yığma komandaya seçilib.
Yığmanın heyətini təqdim edirik:
Qapıçılar: Altay Bayındır, Mert Günok, Muhammed Şengezer, Uğurcan Çakır
Müdafiə: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Emirhan Topçu, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Samet Akaydin, Zeki Çelik
Yarımmüdafiəçi: Doğucan Haspolat, Hakan Çalhanoğlu, İsmail Yüksek, Kaan Ayhan, Okay Yokuşlu, Orkun Kökçü
Hücumçular: Ahmet Kutucu, Arda Güler, Barış Alper Yılmaz, Deniz Gül, Enes Ünal, Kenan Yıldız, Kerem Aktürkoğlu, Semih Kılıçsoy, Yunus Akgün.
Qeyd edək ki, Türkiyə noyabrın 16-da Uelslə, noyabrın 19-da səfərdə Monteneqro ilə qarşılaşacaq.