Türkiyədə bütün oyunlar təxirə salındı
12.12.2023 - 10:48
Türkiyədə bütün oyunlar təxirə salındı

Türkiyə çempionatında bütün oyunlar təxirə salınıb.

Apasport.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi məlumat verib.

Dünən axşam oynanılan “Ankaragücü” – “Rizəspor” (1:1) qarşılaşmasından sonra matçın baş hakimi Halil Umut Meler hücuma məruz qalıb. Meydançaya daxil olan “Ankaragücü” klubunun prezidenti Faruk Koca referini yumruqlayıb. Bu zaman zərbənin təsirindən yerə yıxılan referini ətrafdakılar təpikləməyə başlayıblar.

Baş verənlərlə bağlı açıqlama verən TFF prezidenti hərəkəti şiddətlə qınadığını, olayda iştirak edən hər kəsin sərt cəzalandırılacağını bildirib. Büyükekşi federasiyanın idarə heyəti ilə keçirilən iclas sonunda ölkə çempionatına fasiləsiz olaraq ara verildiyini açıqlayıb. Prezident yaxın günlərdə təkrar iclas çağıracağını və bu məsələnin bir daha gündəmə gətiriləcəyini vurğulayıb.

Qeyd edək ki, bu hadisə Türkiyə futbolunda şok effekti verib. Ölkənin Daxili İşlər, Ədliyyə və İdman nazirlikləri bəyanatla çıxış edərək hadisəni kəskin şəkildə qınayıblar.
 

writer photo
Əlirza Əlirzalı
0