Türkiyəli futbolçu İngiltərəyə yollanıb
14.08.2024 - 21:34
Türkiyəli futbolçu İngiltərəyə yollanıb

Ötən mövsüm 5 milyon avro qarşılığında "Hatayspor"dan Fransanın "Renn" klubuna transfer olan türkiyəli futbolçu Bertuğ Yıldırım komandasını dəyişir.

Apasport.az xəbər verir ki, o, Çempionşipdə mübarizə aparan "Norviç Siti" ilə razılaşıb.

İngilislər Bertuğ üçün 6 milyon avrodan keçməyə hazırdır.

22 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə yollanıb.

Qeyd edək ki, "Renn"də ümumilikdə 28 oyuna çıxan Bertuğ Yıldırım cəmi 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0