UEFA Kosovanı cəzalandırdı
20.11.2024 - 18:59
UEFA Kosovanı cəzalandırdı

UEFA Apelyasiya Komitəsi Millətlər Liqasının V turunun Rumıniya - Kosova matçı ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, yarımçıq dayandırılan görüşdə Kosova yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Matçın son dəqiqələrində Kosova futbolçuları tribunalarda "Kosova Serbiyadır" bayrağının qaldırılması və "Serbiya, Serbiya" təzahüratları üzündən meydanı tərk ediblər.

UEFA Millətlər Liqasının Reqlamentinin 25.01 maddəsinə əsas gətirən komitə qonaq komandanı cəzalandırıb. Həmçinin Kosova Futbol Federasiyası 6 min avro cərimələnib.

Qeyd edək ki, bu qərardan sonra Rumıniya qrup mərhələsini 18 xal, Kosova isə 12 xal başa vurub.

writer photo
Əlirza Əlirzalı
0