Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə
08.08.2022 - 09:41
Ukrayna tarixinin “11-liy”i: “Neftçi” və “Şamaxı”nın sabiq baş məşqçiləri də heyətdə

Ukrayna futbol tarixinin rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi “11-lik” 4-4-2 sistemi ilə qurulub.

Həmçinin 11 futbolçudan ibarət ehtiyat oyunçular qurulub. Əsas “11-lik”də Azərbaycanda işləmiş iki mütəxəssis yer alıb.

“Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko müdafiə, “İnter”in (indiki “Şamaxı”) keçmiş çalışdırıcı Anatoli Konkov yarımmüdafiə xəttində qərarlaşıb.

Qapıçı: Yevgeni Rudakov;

Müdafiəçilər: Vladimir Bessonov, Mixaylo Fomenko, Sergey Baltaça, Anatoli Demyanenko;

Yarımmüdafiəçilər: Anatoli Konkov, Leonid Buryak, Vladimir Muntyan, Aleksandr Zavarov

Hücumçular: Andrey Şevçenko, Oleq Bloxin
 
Ehtiyat oyunçular: 

Qapıçı: Viktor Bannikov;
Müdafiəçilər: Vladimir Troşkin, Oleq Kuznetsov, Vladimir Kapliçnl, Viktor Matviyenko;

Yarımmüdafiəçilər: Yuri Voynov, Vladimir Veremeyev, Viktor Kolotov, Aleksey Mixayliçenko;

Hücumçular: Oleq Protasov, Anatoli Bışovets.

writer photo
Əlirza Əlirzalı
0