Rza Çalımbay: "Azərbaycanlılar türkləri qəbul etmirlər"
10.08.2024 - 15:30
Rza Çalımbay: "Azərbaycanlılar türkləri qəbul etmirlər"

"Beşiktaş"ın sabiq baş məşqçisi Rza Çalımbay Azərbaycan yığması haqqında qalmaqallı açıqlama verib.

Apasport.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisində türkiyəli məşqçilərə şans verilməməsindən narazılıq edib.

O, Azərbaycan millisinin türk komandası sayılmasına rəğmən, milli komandaya "Beşiktaş"ın qovduğu Fernandu Santuşun gətirilməsini qınayıb: "Mən Azərbaycanı başa düşmürəm. Azərbaycan Milli Komandası Türkiyə komandası sayılır. Türkiyədə çoxlu məşqçi var. Adamlar gedib milli komandaya "Beşiktaş"ın qovduğu Fernandu Santuşu gətirdilər. O qədər yaxın olmağımıza baxmayaraq, adamlar türkü qəbul etmirlər".

Qeyd edək ki, Fernandu Santuşun millimizə baş məşqçi təyinatından əvvəl, bu vəzifəni icra edəcək adlar arasında məhz Rza Çalımbayın adı da hallanırdı.

writer photo
Əlirza Əlirzalı
0