"Union"un baş məşqçisinə ağır cəza
26.01.2024 - 11:59
"Union"un baş məşqçisinə ağır cəza

Berlin "Union"unun baş məşqçisi Nenad Byelica cəzalandırılıb.

Apasport.az xəbər verir ki, 52 yaşlı xorvatiyalı mütəxəssis qeyri-idman hərəkətinə görə, 3 oyunluq diskvalifikasiya və 25 min avro cəriməyə məruz qalıb.

O, Bundesliqanın XIII turunun “Bavariya” ilə təxirə salınmış matçının (0:1) 74-cü dəqiqəsində Münhen təmsilçisinin cinah oyunçusu Leroy Sanenin üzündən yapışıb. Qarşılaşmanın baş hakimi Frank Uellenborq xorvatiyalını bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, Berlin klubu və məşqçinin bu qərara etiraz etməyəcəyi bildirilib.

writer photo
Əlirza Əlirzalı
0