Uruqvay Kolumbiya səddini keçə bilmədi
11.07.2024 - 09:05
Bu gün Kopa Amerikada son finalçının adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, turnirin ikinci yarımfinal qarşılaşmasında Uruqvay və Kolumbiya milliləri qarşılaşıb.
Rəqibini minimal hesabla məğlub edən Kolumbiya finalda Argentinaya rəqib olub.
Qeyd edək ki, Argentina – Kolumbiya finalı iyulun 15-də Bakı vaxtı ilə 04:00-da start götürəcək.
Kopa Amerika
Yarımfinal
11 iyul
04:00. Uruqvay – Kolumbiya 0:1
Qol: Cefferson Lerma, 39.
Baş hakim: Sezar Ramos Palazuelos
Bank of America Stadium
0
0