"Vest Hem"in gözü "Bayer Leverkuzen"in forvardındadır
21.01.2024 - 16:59
"Vest Hem"in gözü "Bayer Leverkuzen"in forvardındadır

West Ham hücum xəttini gücləndirməyi hədəfliyir.

Apasport.az xəbər verir ki, komanda "Bayer Leverkuzen"in hücumçusu Viktor Bonifeysə elçi düşüb.

Nigeriya millisinin də şərəfini qoruyan 23 yaşlı hücumçu "Çelsi" və "Nyukasl"ın da diqqət mərkəzindədir. Ancaq “Vest Hem”in baş məşqçisi David Moyes gənc futbolçunu uzun illər London klubunun hücumunun lideri kimi gördüyü üçün bu keçiddə israr edir. Almanlarla danışıqları davam etdirən komanda rəhbərliyi razılaşma əldə edə biləcəyinə inanır.

Qeyd edək ki, 2023-cü ilin yayından” Bayer Leverkuzen”də çıxış edən Bonifeys bu mövsüm 23 oyunda aktivinə 16 qol və 8 məhsuldar ötürmə yazdırıb. “Transfermarkt” portalı nigeriyalıya 40 milyon avro qiymət qoyub.

writer photo
Əlirza Əlirzalı
0