"Vest Xem" Moysdan razıdır
30.12.2023 - 17:08
“Vest Xem” baş məşqçisinin işindən razıdır.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi Devid Moysun daha 2.5 il komandada qalacağını açıqlayıb.
60 yaşlı şotlandiyalı mütəxəssislə danışılqarı müsbət yekunlaşdıran “çəkicdöyənlər” yaxın günlərdə yeni müqaviləni imzalamağı planlaşdırırlar.
Bu qərar komandanın son nəticələrinə əsasən verilib. Premyer Liqada 6-cı pillədə qərarlaşan London klubu dünən Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilən oyunda “Arsenal”a səfərdə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Devid Moysun klubla hazırki razılaşması mövsümün sonunda başa çatır.
0
0