Villian İngiltərəyə dönür
17.07.2023 - 22:23
Villian İngiltərəyə dönür

Braziliyalı futbolçu Villianın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu karyerasını İngiltərədə davam etdirəcək.

Villian “Fulhem”ə qayıdacaq. Bu klubla müqaviləsi ötən ay başa çatan cənubi amerikalı digər təklifləri qəbul etməyib. “Nottinhem Forest” və Səudiyyə Ərəbistanında oynamaq variantları olan forvard “Fulhem”ə üstünlük verib.

Qeyd edək ki, Villian ötən mövsümün 27 oyununda 5 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0