“Vilyarreal”ın gözü İstanbul klubunda
22.12.2023 - 22:03
“Vilyarreal”ın gözü İstanbul klubunda

“Beşiktaş”ın futbolçusu Erik Bayi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, müdafiəçi “Vilyarreal”ın transfer siyahısına düşüb.

Klublar arasında danışıqlar başlasa da, tərəflər hələlik razılıq əldə etməyib. Amma futbolçu İstanbul klubundan ayrılmaq niyyətindədir.

Qeyd edək ki, Bayi 2015-16-cı illərdə də “Vilyarreal”da forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0