Virtz 5 superklubun maraq dairəsindədir
25.03.2024 - 10:59
Virtz 5 superklubun maraq dairəsindədir

Florian Virtz "Bayer Leverkuzen"də yaxşı mövsüm keçirir və bunun sayəsində daha böyük Avropa klublarının diqqətini çəkir.

Apasport.az xəbər verir ki, jurnalist Ekrem Konur sosial şəbəkələrdə yazır ki, 20 yaşlı Virtz 5 nəhəngin marağındadır.

Virtzlə maraqlanan klublar siyahısında PSJ, "Real Madrid", "Bavariya", "Liverpul" və "Mançester Siti" klubları var.

Nüfuzlu "Transfermarkt" portalı almaniyalının dəyərini 100 milyon avro olaraq qiymətləndirir. 2023/2024 mövsümündə yarımmüdafiəçi "Bayer"in heyətində 36 oyun keçirib, 11 qol vurub və 17 məhsuldar ötürmə verib.

 

writer photo
Əlirza Əlirzalı
0