"Vulverhempton" qardaşları qovuşdurdu
01.02.2024 - 14:22
"Vulverhempton" Leminanın qardaşını da heyətinə qatıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Noa Leminanı icarəyə götürdüyünü açıqlayıb.
Razılaşmaya əsasən futbolçu 2023/24 mövsümünün sonuna qədər “Vulverhempton”un şərəfini qoruyacaq. 18 yaşlı orta xətt oyunçusu qardaşı Mario Lemina ilə eyni komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, PSJ klubunun akademiyasında yetişən gənc futbolçu Fransanın aşağı yaş qruplarndan ibarət yığma komandalarında da çıxış edir.
0
0