"Liverpul" rəhbərliyi "Bayer"in baş məşqçisi Xabi Alonsoya təklif edib.
Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, ingilis top klubu ispan mütəxəssisə 3 illik müqavilə təklif edib.
Alonso Yurgen Kloppun yerinə əsas namizəddir. Alman məşqçi cari mövsümün sonunda mersisaydlıları tərk edəcək.
Xabi 2022-ci ilin oktyabrında Leverkuzen klubunun baş məşqçisi vəzifəsinə keçib. Tərəflər arasında mövcud müqavilə 2026-cı ilin iyunun sonunda başa çatır. Onun rəhbərliyi altında "Bayer" Bundesliqada inamla liderlik edir, ikinci yerdə qərarlaşan "Bavariya"nı 8 xal qabaqlayır.