Xames Brazilyanı seçdi
30.07.2023 - 01:29
Xames Rodriges özünə yeni klub tapıb.
Apasport.az saytı xəbər verir ki, kolumbiyalı futbolçu “San-Paulu”ya keçib.
Aprel ayından sərbəst qalan 32 yaşlı yarımmüdafiəçi bir çox klublarla danışıqlar aparırdı. Sonda Kolumbiya yığmasının üzvü karyerasını Braziliyada davam etdirməyə qərar verib. O, “San-Paulu” ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rodriges son mövsümü “Olimpiakos”un heyətində keçirib. O, 23 oyunda 5 qol və 6 ötürmə edib.
0
0