“Barselona”nın baş məşqçisi Xavi İlkay Gündoğanın transferi barədə danışıb.
Apasport.az saytı xəbər verir ki, ispaniyalı mütəxəsis futbolçu ilə onun komandadakı mövqeyini müzakirə edib.
“Mançester Siti” ilə İngiltərə çempionu və kubokunu qazanan almaniyalı yarımmüdafiəçi qarşı tərəfə ilkin razılıq verib. Ciddi bir dəyişiklik baş verməsə Gündoğanla 3 illik müqavilə imzalanacaq. Baş məşqçi Xavi İlkayı əsas heyətdə bir neçə mövqedə oynada biləcəyini onun diqqətinə çatdırıb.
Qeyd edək ki, sabah Gündoğan “Mançester Siti”nin heyətində son matçını keçirə bilər. Komanda Çempionlar Liqasını finalında “İnter”lə qarşılaşacaq.
Xavi Gündoğanı gözləyir
09.06.2023 - 20:37
0
0