Yamal ötən mövsümün “ən yaxşı”sı seçilib
26.01.2025 - 05:21
Yamal ötən mövsümün “ən yaxşı”sı seçilib

"Barselona"nın 17 yaşlı vingeri Lamin Yamal ötən mövsüm üçün klubun ən yaxşı oyunçusu seçilib və buna görə Aldo Rovira mükafatını alıb.

Apasport.az xəbər verir ki, ispaniyalı futbolçu bu mükafata ilk dəfə sahib çıxıb.

Altı dəfə "Barsa"nın "ən yaxşı oyunçusu" seçilən Lionel Messi bu göstəricidə rekordçudur.

Yarımmüdafiəçi Aitana Bonmati Kataloniya klubunda ötən mövsümün "ən yaxşı qadın futbolçusu" seçilib.

Qalibi müxtəlif nəşrlərin jurnalistlərindən ibarət münsiflər heyəti müəyyən edib.

Qeyd edək ki, ötən mövsüm Yamal klub səviyyəsində bütün turnirlərdə 50 matçda 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0