Yaponiya millisinin üzvü "Luton Taun"da
29.01.2024 - 13:26
“Luton Toun” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sent-Trüyden”in müdafiəçisi Daiki Haşiokaya elçi düşüb.
Yaponiya millisinin də şərəfini qoruyan arxa xətt oyunçusunun keçidi ilə bağlı danışıqlar müsbət yöndə yekunlaşıb. Bu gün tibbi müayinədən keçəcək 24 yaşlı sağ cinah müdafiəçisinin transfer məbləği 2 milyon avro olacaq. İddialara görə, Haşioka ilə "Lids" və "Trabzonspor" da maraqlanırdı.
Qeyd edək ki, cari mövsümdə 19 oyunda iştirak edən arxa xətt oyunçusu aktivinə 2 qol və 2 məhsuldar ötürmə yazdırıb.
0
0