Yeqor Titovun PROQNOZu
19.05.2022 - 17:00
Yeqor Titovun PROQNOZu

İngiltərə Premyer Liqasının XXXIII turundan təxirə salınan “Everton” – “Kristal Pelas” oyununun favoriti bəlli olub.

Apasport.az saytının məlumatına görə, qarşılaşmanın güclüsünü Rusiya millisinin və “Spartak”ın sabiq kapitanı Yeqor Titov müəyyənləşdirib.

Tanınmış futbol veteranı bugünkü matçla bağlı proqnoz verib:

“Everton” aşağı yuvarlanma zonasından cəmi iki xal uzaqlıqdadır. Komanda heç cür növbəti mövsüm üçün Premyer Liqadakı yerini təmin edə bilmir. Oyun da cəlbedici alınmır. Göstərdikləri futbol yetərincə primitivdir, sərt, bəzən kobud oynayır, fiziki göstəricilər hesabına udmaq istəyirlər. Bu da meydandan kənarlaşdırılmalarla nəticələnir. “Brentford”la çox vacib oyun da belə uduzuldu.

“Kristal Pelas”a sanki mövsümün finişində heç nə lazım deyil. Amma bu döyüşkən komanda oyunları asanlıqla vermir. Hazırda da dəqiq olaraq “Everton”dan zəif deyil. Ola bilsin ki, oyunçuların orta səviyyəsi bir az aşağıdır. Amma göstərdikləri oyun qurulmuş, anlaşılandır. Londonlular son 4 oyunda heç kimə uduzmayıb. Formanı itirmirlər.

Bəli, oyun “Everton”a daha çox lazımdır. Amma fikrimcə, “Pelas” xaldan yapışacaq və mersisaydlılara verməyəcək. Çətin ki, oyun baxımlı alınsın. İndiki vəziyyətdə “Everton”a açıq oynamaq yaramır. 

Proqnozum budur ki, 3,5 alt olacaq oyunda qonaqlar uduzmayacaq. 
 

writer photo
Əlirza Əlirzalı
0