Yusuf Yazıcı tarixə düşdü
19.04.2024 - 11:54
UEFA Konfrans Liqasında dünən keçirilən “Lill” – “Aston Villa” matçında tarixi hadisə yaşanıb.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi İngiltərə klubunu 2-1 hesabı ilə məğlub etməsinə rəğmən, penalti atışlarında məğlub olaraq turu keçə bilməyib.
Sözügedən matç Yusuf Yazıcı üçün əlamətdar olub. Türkiyəli futbolçu matçın 15-ci dəqiqəsində vurduğu qolla komandasının tarixinə keçib. O, “Lill”in Avropa kuboklarında ən çox qol vuran futbolçusu olub. Yusuf 12 qolla bu göstəriciyə nail olub.
0
0