“Yuventus” baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu onu kiminlə əvəzləyəcəyini də artıq müəyyənləşdirib.
“Qoca sinyora” rəhbərliyi “Tottenhem”in çalışdırıcısı Antonio Konteni yenidən komandaya dəvət etməyi nəzərdən keçirir. Turinlilər Kontenin təklifi müsbət cavablandıracağına və gənc futbolçularla uğurlu iş ortaya qoyacağına inanır. 53 yaşlı mütəxəssisin “Tottenhem”lə müqaviləsi mövsümün sonuna qədərdir.
Qeyd edək ki, Antonio Konte məşqçilik karyerasında 2011-2014-cü illərdə “Yuventus”a rəhbərlik edib, komandaya ardıcıl 3 mövsüm A seriyası çempionluğunu qazandırıb.