"Yuventus" argentinalı ilə maraqlanır
13.01.2024 - 14:26
"Yuventus" argentinalı ilə maraqlanır

Argentina millisinin və "Atletiko"nun mərkəz yarımmüdafiəçisi Rodriqo de Paul Turin "Yuventus"unun maraq dairəsindədir.

Apasport.az bu barədə "Todofichajes"ə istinadla məlumat verir.

Mənbənin sözlərinə görə, “Atletiko” 29 yaşlı futbolçu üçün 40 milyon avronu keçəcəyi təqdirdə təklifləri nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, "Atletiko" ilə argentinalı arasındakı hazırkı müqavilə 2026-cı ilin iyun ayının sonuna qədərdir. İspaniya çempionatının cari mövsümündə Rodriqo 16 oyun keçirib və 4 məhsuldar ötürmə edib. 

 

writer photo
Əlirza Əlirzalı
0