“Yuventus” dünya çempionatına vəsiqə qazanıb
13.03.2024 - 11:09
“Yuventus” dünya çempionatına vəsiqə qazanıb

İtaliya A Seriyası təmsilçisi “Yuventus” 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında oynamaq imkanı qazanıb. 

Apasport.az xəbər verir ki, “Napoli”nin Çempionlar Liqası ilə vidalaşdıqdan sonra "Yuventus" buna nail olub. Neapollular 1/8 finalda “Barselona”ya uduzublar – 1:1, 1:3.

Beləliklə, “Yuventus” UEFA reytinqində “Napoli”ni qabaqlayaraq dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. 32 komanda 8 qrupda mübarizə aparacaq. 

writer photo
Əlirza Əlirzalı
0