“Yuventus” hücumçu transferini açıqladı
26.08.2022 - 12:18
“Yuventus” hücumçu transferini açıqladı

“Marsel”in hücumçusu Arkadiuş Milikin “Yuventus”a keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya klubunun mətbuat xidmətinin rəhbəri xəbər yayıb.

Bildirilib ki, “qoca sinyora” polşalı forvardı birillik icarəyə götürüb. 28 yaşlı futbolçunun icarə haqqı 800 min avrodur. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə “Marsel” bir bu qədər də qazanacaq.

“Yuve” gələn ilin yayında onu 7 milyon avroya transfer etmək hüququna malik olacaq və həmin məbləği üç il ərzində ödəyəcək.

Qeyd edək ki, Arkadiuş Milikin “Marsel”lə müqaviləsi 2025-ci ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0