Türkiyə milli komandasının futbolçusu Merih Demiral Avropa nəhənglərinin diqqətini cəlb edib.
Apasport.az saytı xəbər verir ki, İtaliya çempionatında “Atalanta” klubunun şərəfini qoruyan oyunçu xüsusilə bu ölkədən “İnter” və İngiltərədən “Mançester Yunayted” klublarının transfer hədəfindədir.
24 yaşlı futbolçunu müdafiə xəttində problem yaşayan hər iki komanda heyətinə qatmağa çalışır. Bu məqsədlə sözügedən klubların yaxın günlərdə Berqamo təmsilçisinə təklif göndərəcəyi bildirilir.
Qeyd edək ki, “Atalanta” ilə bu mövsüm 13 oyunda iştirak edən türk futbolçu 1 qol vura bilib. Demiralın klubu ilə müqaviləsi 2026-cı ildə bitəcək.