"Yuventus" ukraynalı hücumçunu almaq istəyir
19.03.2024 - 17:36
"Yuventus" ukraynalı hücumçunu almaq istəyir

”Şaxtyor"da çıxış edən ukraynalı hücumçu Danilo Sikanın İtaliya çempionatına keçə bilər.

Apasport.az xəbər verir ki, “qoca sinyora”nın skautları 2024-cü il Avropa çempionatının pley-off mərhələsinin seçmə mərhələsi çərçivəsində Ukrayna millisinin Bosniya və Herseqovina ilə qarşıdakı oyununda iştirak etməyi planlaşdırır. 

Qeyd edək ki, bu mövsüm Danilo klub səviyyəsində 29 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Hücumçunun transfer qiyməti 6 milyon avro olaraq dəyərləndirilir.

writer photo
Əlirza Əlirzalı
0