"Yuventus" və "Milan" Verner üçün mübarizə aparır
10.12.2023 - 23:00
"Yuventus" və "Milan" Verner üçün mübarizə aparır

Timo Verner yayda İtaliyaya köçə bilər.

Apasport.az xəbər verir ki, "Leipziq"in hücumçusu "Yuventus" və "Milan"ın hədəfindədir.

Hər iki İtalyan klubu almaniya millisinin də şərəfini qoruyan 27 yaşlı futbolçunun oyununu diqqətlə izləyirlər. Xarici mətbuatda futbolçunun yeni mövsümə bu klublardan birinin heyətində başlayacağı bildirilir.

Qeyd edək ki, bu mövsüm 13 matçda meydana çıxan Verner aktivinə 2 qol və 1 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0