"Yuventus" Vlahoviçə əvəzləyici tapıb
08.04.2024 - 12:32
"Yuventus" Vlahoviçə əvəzləyici tapıb

"Yuventus" "Bayer Leverkuzen"də çıxış edən Viktor Bonifes ilə maraqlanır.

Apasport.az “Tuttosport.com” saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu karyerasını İtaliya çempionatında davam etdirə bilər.

Klub rəhbərliyi Serb Duşan Vlahoviçin əvəzedicisi kimi Bonifesin namizədliyini nəzərdən keçirir. “Transfermarkt” portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Bundesliqasının cari mövsümündə Viktor 17 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. 

writer photo
Əlirza Əlirzalı
0