“Yuventus”dan TƏKLİF
19.12.2022 - 23:34
“Yuventus”dan TƏKLİF

“Yuventus” heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu “Ayntraxt”ın müdafiəçisi Obite Ndikaya elçi düşüb.

Turin təmsilçisi uzun müddətdir 25 yaşlı fransalını izləyir. Klub rəhbərliyi qış transfer pəncərəsində bu transferi reallaşdırmaq üçün təklif göndərmək niyyətindədir. Çünki yayda azad agent statusu alacaq Ndika digər klubların da hədəfindədir. “İnter”lə “Roma” onu pulsuz ələ keçirmək fikrindədir.

Qeyd edək ki, Ndika bir müddət əvvəl İngiltərə klublarının da maraq dairəsində idi.
 

writer photo
Əlirza Əlirzalı
0